Sahil

Müddət: 1 gün
Maximum number of people: 8
Məkan: Baku
Qiymət: Böyüklər: $60,00 - Uşaqlar: $35,00
Reytinq:
Böyüklər: Uşaqlar: Səyahət Tarixi:
Əsrarəngiz  Atəşgah və Yanardağ turu  əsrlər boyu bir biri ilə mədəni və tarixi baxımdan sıx bağlı olan iki qədim və tarixi məkana  bir günlük ziyarəti əhatə edir. Yerli bələdçiniz ilə siz  Atəşgah və Yanardağın tarixini öyrənəcək, eləcə də bu məkanlarla bağlı əlavə maraqlı məlumatlar və əfsanələrlə tanış olacaqsınız. Hindistandan gələn atəşpərəstlərin dini məbədi olan Atəşgah Bakı yaxınlığında yerləşən maraqlı və qeyri-adi tarixi abidələrdən biridir.

Tour’s Program

Bələdçiniz sizinlə Sahil və ya Koroğlu metrostansiyasında (sizin seçiminizə əsasən) görüşəcək və birlikdə Azərbaycanın özünəməxsus qədim zərdüştlük məbədi olan Atəşgaha doğru yola düşəcəksiniz. Bu məbəd şəhər mərkəzindən 30 km uzaqlıqda, Suraxanı rayonunda yerləşir. Bu vaxt ərzində bələdçiniz sizə məbəd haqqında, xüsusilə də qeyri adi təbiət hadisəsi olan təbii qaz çıxışları haqqında məlumat verəcək.
Atəşgahın tarixi bu ərazilərdə Zərdüştlüyün əsas din olduğu vaxta Sasanilər dövrünə təsadüf edir. Ərəb xilafətinin işğalı dövründə bəzi atəşpərəstlər İslamı qəbul etmədilər və atəşpərəstliyin davam etdiyi Hindistana geri qayıtmaq məcburiyyətində qaldılar. Qafqaz əhalisinin bir hissəsi isə İslam dininin yayılmasından sonra belə atəşpərəst olaraq qaldı.
Səfərin ikinci hissəsində məbədi ziyarət etdikdən sonra siz, birbaşa Suraxanıdakı məbəddən çox da uzaqlıqda olmayan Yanardağa yola düşəcəksiniz. Əslində bu dağdan ziyadə qədim zamanlardan bəri ətəklərində alovlar yanan təpəlikdir.
Deyilənlərə görə, Yanardağ alovları 1950-ci illərdə bir çoban tərəfindən təsadüfən kəşf edilmişdir. Bu ərazidə heç bir palçıq və su sızıntsı yoxdur və bu xüsusiyyət onu ətrafdakı palçıq vulkanlarından fərqləndirir. Dünyada çox az sayda yanardağ var və bunların bir çoxu Azərbaycanda yerləşir.
• Dörd saatlıq tur üçün ödədiyiniz vəsaitin tam qarşılığı
• Məlumatlandırıcı, mehriban və peşəkar bələdçi
• Azərbaycanın odunun simvolu olan Atəşgah və Yanardağ dövlət tarixi – mədəni milli qoruğuna ziyarət
Tur saat 12-də başlayır və 4 saat müddətində tamamlanır.
Sizin istəyinizə əsasən turun başlanması üçün iki görüş yeri təklif olunur. Bələdçinizin üzərində ad familiya və Baku Explorer loqosu olan yaxa kartı olacaq. Görüş yerlərini tam dəqiqləşdirmək üçün xəritədə linklərə baxın:
1) Sahil metro stansiyası: https://goo.gl/maps/M20Ny
2) Koroğlu metro stansiyası: https://goo.gl/maps/xRxDvSsPo5E2
İngilis və Azərbaycan dillərində
• Yerli bələdçi xidməti
• Tarixi binalara və muzeylərə giriş
• Atəşgaha və Yanardağa gediş və dönüş
• 0.5 litrlik qablaşdırılmış su
• Yemək və içki
• Qaldığınız ünvandan maşınla götürülmə və geriyə çatdırılma

Tours Reviews

  • "Ateshgah and burning mountain"
    I met the guide (Rasul) at the Sahil metro station and took a taxi to the Ateshgah (a Zoroastrian and the burning mountain). By the way, this was the most beautiful and modern taxi I had ever ever seen. I was the only one in the tour, so Rasul agreed to give the tour in Azeri even though that must have been more work for him, because my Azeri is not so good and he always had to make sure that I understood. It was interesting to hear about the history of the Ateshgah and the ways the different rooms there were used, but for me the coolest part of the tour was the burning mountain. I still cannot believe that this fire has been burning naturally for thousands of years ! After the tour I asked Rasul where to buy fresh traditional bread and he showed me a place, then the taxi took me to the seafront park bear Sahil (because I had asked him to).
    More Less

    Was this review helpful? 2

1 review on this Tur    Showing 1 to 1

Rəy bildirmək üçün daxil ol

LAST MINUTE DEALS!

OXŞAR TURLAR