Icharishahar

Müddət: 1 gün
Maximum number of people: 8
Məkan: Baku
Qiymət: Böyüklər: $30,00   $25,50 - Uşaqlar: $15,00   $12,75
Reytinq:
Böyüklər: Uşaqlar: Səyahət Tarixi:
15%
Bu turda siz Bakını həm müasir tikililər həm də qədim şahlıq diyarı olaraq tanıyacaqsınız. Zamanda səyahət etmək və minilliklər əvvəl burada nələr baş verdiyini kəşf etmə şansını əldə edəcəksiniz. Arxeologiya Muzeyində sərgilənən qədim sənət nümunələri bu ərazinin keçmişi barədə təsəvvürlərinizin canlanmasına kömək edəcək. Əsrlər boyu gözəlliyini və əsrarını qoruyub saxlamış Qız Qalasını gördükdən sonra  Bakının bugününə geri dönəcəyik. Müasir Bakı özünəməxsus xüsusiyyətləri ilə seçilir. Xəzərin sahilində dənizkənarı bulvarda gəzib Bakının  müasir atmosferindən həzz alacaqsınız. Turun sonunda  Dağüstü parkdakı yüksəklikdən şəhərin valeh edici mənzərəsini seyr edə biləcəksiniz.

Tour’s Program

İçərişəhər metro stansiyasında görüşüb Bakının ən gözəl parklarından biri olan Filarmoniya bağından gəzintimizi başlayacağıq. Bu park İçərişəhər qala divarları boyunca yerləşir. Arxeologiya Muzeyi İçərişəhərdə baş çəkəcəyimiz ilk məkan olacaq burada siz qədim zamanlardan bugünümüzə qədər yaradılmış sənət nümunələrinə baxaraq ərazinin tarixini daha dərindən öyrənəcəksiz.
Baş çəkəcəyimiz ikinci məkan İçərişəhərin mərkəzidə yerləşən Qız Qalasıdır. Siz qədim şəhərin gözəllikləri və sirlərindən zövq alacaqsınız.
Bakının müasir siması estetik elementlər daşıyır. Xəzərin sahilində dənizkənarı bulvarda gəzişərək keçmişdən gələcəyə keçid edəcəksiniz. Növbəti məkan Dağüstü park olacaq ki buraya da Azneft meydanından keçərək gedəcəyik. Funikulyor vasitəsi ilə yüksəkliyə qalxacağıq. Burada Bakını yüksəklikdən seyr edərək onun gözəlliyini qiymətləndirəcəksiniz. Daha sonra yenidən şəhərə qayıdıb yemək yeyərək və pivə içərək dincələ bilərsiniz.
Tur saat 3-də başlayır
Tur İçərişəhər metrosunun önündən başlayır. Bələdçinizin üzərində ad, soyad və Baku Explorer loqosu olan yaxa kartı olacaq. Görüş yerini dəqiqləşdirmək üçün linkə klikləyin: http://bit.ly/1T60qiS
İngilis, Rus və Azərbaycanca
• İçərişəhəri və qədim qala divarlarını görün
• Bakının mənzərələrindən zövq alın
• İlk dəfə gələn ziyarətçilər üçün mükəmməl təqdimat
• Məlumatlandırıcı, gülərüz və peşəkar bələdçi
• Muzeylərə giriş
• Yerli bələdçi xidməti
• 0.5 lt qablaşdırılmıış su
• Yemək və içkilər
• Qaldığınız ünvandan maşınla götürülmə və geriyə çatdırılma

Tours Reviews

Rəy bildirmək üçün daxil ol

LAST MINUTE DEALS!

OXŞAR TURLAR