Icharishahar and Seaside Boulevard

Müddət: 1 gün
Maximum number of people: 8
Məkan: Baku
Qiymət: Böyüklər: $29,00 - Uşaqlar: $14,00
Reytinq:
Böyüklər: Uşaqlar: Səyahət Tarixi:
"Bakı Gecə Turu" zamanı Bakı şəhərinin gecə görünüşünü kəşf edin. Şəhərin panoramasini görmək və şəhər bulvarında gəzmək imkanına malik olacaqsınız. Siz şəhərin qədim hissələrin, eləcə də yaxınlıqda yerləşən müasir binaları görmək imkanı əldə edəcəksiniz. Flame Towers binalarından və şəhər limanından açılan panorama turu daha da qeyri-adi və yadda qalan edəcək. Şəhidlər Xiyabanını ziyarət etdikdən sonra, bulvar ətrafında gəzib təmiz havadan zövq alaraq Qız Qalasına qədər gəzinti edə bilərsiniz. Sonuncu dayanacaq Tosca restoranı olacaq, burada siz yerli pivənin dadina baxa bilərsiniz. 3 saatlıq  gecə turu şəhərə ilk dəfə səfər edən və axşam gəzintisini sevən qonaqlar üçün çox gözəl təcrübə olacaqdır.

Tour’s Program

İçərişəhər metro stansiyasında tur bələdçiniz ilə görüşəcəksiniz. Siz 12-ci əsrdə qədim Şirvanşahlar səltənəti tərəfindən tikilmiş köhnə şəhər divarlarının yanından keçəcəksiniz. Daha sonra Filarmoniya bağında gəzib 1912–ci ildə Monte Carlo kazinosu ilə eyni üslubda tikilən Filarmoniya binasını görə bilərsiniz.
15 dəqiqəlik gəzintidən sonra şəhərin ən hündür nöqtəsinə qalxmaq üçün Funikulyora minəcəksiniz. Burada şəhər limanina açılan tam panorama ilə zövq ala və gözəl fotolar çəkə bilərsiniz. Bakının görkəmli müasir binaları olan – Alov Qüllələri bu ərazidə yerləşir. Həmçinin Şəhidlər Xiyabanını ziyarət etmək, onun tarixi və Azərbaycan xalqı üçün əhəmiyyəti haqqında məlumat almaq imkanınız olacaqdır.
Daha sonra şəhərə geri dönəcəksiniz və dənizkanarı bulvarda gəzmək imkanınız olacaq. Kiçik Venesiya şəhərciyi də burada yerləşir. Qədim və mistik abidə olan - Qız Qalasının yanından keçəcəyik, YUNESKO-nun tarixi irsi siyahısına daxil olan bu qədim abidəni görmək mütləqdir. Siz onun tarixi, onun əsl memari haqqinda müxtəlif hekayələr və əfsanələr eşidəcəksiniz.
Turun sonunda Xəzər dənizinin kənarında yerli pivənin dadına baxmaq və təmiz hava alaraq balkondan açılan görüntüdən zövq almaq imkanınız olacaqdır.
Tur axşam 8-də başlayır və 3 saat davam edir
Tur İçərişəhər metro stansiyasından başlayır. Sizin tur rəhbəriniz üzərində adı soyadi və Baki Explorer –in logosu əks olundugu nişanla olacaq. Görüş nöqtəsini dəqiq görmək üçün aşaqdaki şəkilə nəzər yetirə bilərsiz: http://bit.ly/1T60qiS
Yalnız İngilis dili
• Bakının işıqlandırılmış gecə mənzərəsin seyri
• Tur boyu maraqlı hekayələr eşitmək imkanı
• Şəhərə ilk dəfə səfər edənlər üçün mükəmməl təqdimat
• Məlumatlandırıcı, mehriban və professional bələdçi
• Yerli bələdçi
• 0.5 lt qablaşdırılmış su
• Qida və içkilər
• Qaldığınız ünvandan maşınla götürülmə və geriyə çatdırılma

Tours Reviews

Rəy bildirmək üçün daxil ol

LAST MINUTE DEALS!

OXŞAR TURLAR